Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda "Eurosel" MMC, "Smart System technology" MMC, "Alfanet" MMC, "Enginet" MMC və "GSP" MMC-ninkabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet) xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb. Milli Televiziya və Radio Şurası tərəfindən "Eurosel" MMC, "Smart System technology" MMC, "Alfanet" MMC, "Enginet" MMC və "GSP" MMC-yə 6 il müddətinə kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet, İP TV) xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB