Sabah Bakıda sulu qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, dekabrın 4-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi, günün ikinci yarısında yağıntının tədricən kəsiləcəyi ehtimalı var.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcəyə isti olacaq.
Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 5-10, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB