Nardaranda təzyiqə məruz qalan KİV nümayəndələri ifadə verdilər

Nardaranda təzyiqə məruz qalan KİV nümayəndələri ifadə verdilər

Nardaran hadisələri zamanı təzyiqlə üzləşən KİV nümayəndələri prokurorluqda ifadə veriblər. SİA-nın xəbərinə görə, noyabrın 26-da Bakının Nardaran qəsəbəsində çəkiliş apararkən qəsəbə sakinləri tərəfindən təzyiqə məruz qalan İctimai Televiziyanın (İTV) və Azad Azərbaycan Televiziyasının (ATV) çəkil qrupunun üzvləri prokurorluğa dəvət edilərək onların ifadələri alınıb.

Baş Prokurorluğun mətbuat xidməti jurnalistlərin ifadə verdiklərini təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə