Samuxlular Nardaran hadisələrindən danışdı FOTO

Samuxlular Nardaran hadisələrindən danışdı FOTO

Samuxlular Nardaran hadisələrini pisləyib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Samuxda ictimaiyyət nümayəndələri Nardaran qəsəbəsində baş verən hadisələri müzakirə ediblər. Özünü "Müsəlman Birliyi" adlandıran qondarma qrupun təxribat əməlləri birmənalı olaraq qəzəblə qarşılanıb. Ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlət-din münasibətlərinə qarşı yönələn pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdləri vətənə xəyanət kimi dəyərləndirilib. Sağlam düşüncəli insanların, görkəmli ziyalıların, tarixi şəxsiyyətlərin, elm, təhsil, mədəniyyət xadimlərinin yaşadığı ölkədə bu cür təxribatların qarşısının vaxtında və qətiyyətlə alınması üçün tədbirlər yüksək qiymətləndirilib. Samuxda ictimai asayişin və dini sabitliyin qorunub-saxlanıldığını vurğulanıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə