Dağ rayonlarında taxıl səpini davam edir FOTO

Dağ rayonlarında taxıl səpini davam edir FOTO

Texnika çatışmazlığı olmadığından payızlıq səpinin vaxtında başa çatdırılması gözlənilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayonda əsasən kartof yetişdirilsə də, son bir neçə ildir fermerlər taxıl və arpa səpininə də maraq göstərirlər. Buna səbəb kimi dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və ayrılan subsidiyaları göstərmək olar. Elə bu səbəbdəndir ki, rayonda taxıl sahələri ildən-ilə genişlənir. Əkin işlərinin vaxtında yerinə yetirilməsi üçün rayonda yetərli sayda texnika mövcuddur. Rayonda 14 min hektara yaxın əkinə yararlı torpaq sahəsi var ki, bunun da orta hesabla hər il 12 min hektarında kartof, yerdə qalan sahələrdə isə taxıl, arpa və digər bitkilər əkilir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə