"İrəli" İctimai Birliyinin nümayəndəsi Anar Qurbanov Bosniya və Herseqovinada yerləşən Banya-Luka şəhərində təşkil olunan YEU (youth for exchange and understanding international) Baş Assambleyada iştirak edib. SİA-nın məlumatına görə, tədbirin açılışı zamanı ilk olaraq terror hadisələri zamanı dünyasını dəyişən insanlar bir dəqiqəlik sükutla yad edilib. 2 gün davam edən tədbirdə 2015-2016-ci il üzrə iş planları, strategiya müzakirə edilib. Eyni zamanda şəbəkəyə yeni üzvlərin qəbulu üçün səsvermə keçirilib və həmin səsvermədə "İrəli" İctimai Birliyi üzv təşkilat olaraq iştirak edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB