30 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Polşanın "Parnas" təşkilatı tərəfindən həyata keçirilən "Azərbaycan-Şərqin Avropa Cazibəsi" adlı layihə çərçivəsində Bakıda səfərdə olan"Varşava" universitetinin professoru Lukas Qolota və Polşa – Azərbaycan assosiasiyasının sədri David Sesuda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayilov, ATGTİ İcra Aparatının nümayəndələri və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Toğrul Məmədli ilə görüş keçiriblər. SİA-nın məlumatına görə, görüşün məqsədi Azərbaycan və Polşa gənclərinin ikitərəfli əlaqələrin genişlənməsi, birgə əməkdaşlığın, layihələrin həyata keçirilməsi, iki ölkə arasında tələbə mübadiləsinin formalaşmasından ibarət idi.
ATGTİ ilə Azərbaycan-Polşa assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb, ondan əlavə, İttifaq ilə "Varşava" universiteti arasında təcrübə mübadiləsi aparıldı və gələcəkdə birgə layihələr haqqında bir sıra təkliflər irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB