“Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı dəyirmi masa keçirilib FOTOLAR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi "Kitabi-Dədə Qorqud" dastanının alman dilində nəşrinin 200 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və AMEA-nın Folklor İnstitutunun nümayəndələri iştirak edib.
Giriş sözü ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, professor Muxtar İmanov çıxış edərək birgə gələcək əməkdaşlığının əsas istiqamətləri barəsində danışıblar.
Sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə AMEA-nın Folklor İnstitutu arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı.
Dəyirmi masa ətrafında AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov "Dədə Qorqud və islam", Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsinin baş metodisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı "Kitabi-Dədə Qorqudun musiqi dünyası", Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Elmi araşdırmalar şöbəsinin baş metodisti İlahəxanım Qurbanova "Kitabi-Dədə Qorqud – ana kitabımız", Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti Afaq Ağayeva "Kitabi-Dədə Qorqud dastanında mənəvi dəyərlər", Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Elmi araşdırmalar şöbəsinin metodisti Aytən Muradova "Kitabi-Dədə Qorqudun tədqiqi tarixindən" adlı məruzələri dinlənildi.
Müzakirələrdə Mərkəzin direktor müavini Adilxan Bayramov, Təbliğat və Statistik araşdırmalar şöbəsinin müdiri Sənan Talıbov, elmi katib Hüseyn İbrahimov iştirak ediblər.



.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB