Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, günün birinci yarısında 10 dərəcəyədək, günün ikinci yarısında 6 dərəcəyədək isti olacaq.
Dekabrın 3-də Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var, güclü qərb küləyi əsəcək.
Havanın temperaturu aran rayonlarında gecə 4-6, gündüz 6-10, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-4 dərəcə isti olacaq.
Dekabrın 4-də gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında dekabrın 3-dən başlayaraq, dekabrın 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB