Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə "VI The First" beynəlxalq mükafatına layiq görülüb. Mərkəzdən SİA-ya verilən xəbərə görə, o, iki nominasiya üzrə - "uğurlu ictimai fəaliyyətə görə" və "ən yaxşı Heydər Əliyev Mərkəzi direktoru" (Samux rayonu) kimi təltif olunub.
"Xəyal Production"nın təşkilatçılığı ilə keçirilən mükafatlandırma mərasimində bildirilib ki, beynəlxalq mükafatın təsis edilməsində əsas məqsəd Azərbaycan mədəniyyətini, incəsənətini, tanınmış qələm sahiblərini dünyaya tanıtdırmaqdır. Əvvəlki illərdə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc, deputatlar Qənirə Paşayeva, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Aqil Abbas, Türkiyənin tanınmış sənətçiləri Selami Şahin, Hilal Saral, Saruhan Hünel, Erkan Petekkaya, Bəyazit Öztürk, Serenay Sarıkaya, Soner Sarıkabadayı və başqaları da bu mükafata layiq görülüblər.
2015-ci il üzrə keçirilən mükafatlandırma mərasimində Azərbaycan Respublikası Milli Məclisinin Komitə sədri Hadi Rəcəbli, deputat Hüseynbala Mirələmov, Kuzey Kıprıs Türk Cümhuriyyətinin millət vəkili, şair və rəssam Arif, yazıçı-dramaturq Elçin Hüseynbəyli, respublikanın xalq artistləri Ağadadaş Ağayev və Faiq Ağayev, "O Səs Türkiyə" yarışmasındakı ifaları ilə məşhurlaşan, əslən azərbaycanlı müğənni Ayda Moşarraf, türkiyəli sənətçilər Oya Ergün və Behzat Duyğun, Ukraynadakı Azərbaycan diasporunun nümayəndəsi Hikmət Cavadov, bir neçə iş adamı və elektron media nümayəndəsi də "VI The First" beynəlxalq mükafatına layiq görülüblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB