Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə nazirliyin Muğan Regional Mərkəzi Salyan rayonu ərazisində, Ələt-Astara magistral avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirib.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə keçirilmiş aksiyada Mərkəzin rəhbərliyi və əməkdaşları tərəfindən ərazidə 100-dək müxtəlif növ həmişəyaşıl ağac və kol bitkiləri əkilib, gübrələmə və suvarma işləri aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB