Müdafiə Sənayesi Nazirliyində görüş keçirilib

Müdafiə Sənayesi Nazirliyində görüş keçirilib

Müdafiə Sənayesi Nazirliyində Gürcüstan müdafiə nazirinin müavini David Ebralidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verilib.

Görüşdə Azərbaycanla Gürcüstan arasında müdafiə sənayesi üzrə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Gürcüstanın Azərbaycandakı hərbi attaşesi də görüşdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə