Nardaran reallığı: Özünütəcridin fəsadları VİDEO

Nardaran reallığı: Özünütəcridin fəsadları VİDEO

Azərbaycan hüquqi, demokratik, dinamik inkişaf edən dövlətdir, ölkədə bütün məsələlər mövcud qanunvericilik əsasında tənzimlənir. Nardaran qəsəbəsi istisna olmaqla Azərbaycanın heç bir inzibati ərazi vahidində mövcud qanunlardan və ictimai həyat normalarından fərqli durum yoxdur.

Noyabrın 26-da Nardaranda baş verən hadisələr zamanı şəhid olan polislərin övladlarına veriləcək cavablar çox üzücüdür. Onların atalarını qətlə yetirənlər erməni deyil, passportunda azərbaycanlı yazılan insanlardır. Belə halların təkrarlanmaması üçün bundan kimlər nəticə çıxarmalıdı?

Uzun illərdir Nardaran sakinləri dövlətin Konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli tətbiq ediblər. Qəsəbədə icra hakimiyyəti, hüquq mühafizə orqanlarının, digər dövlət qurumlarının deyil, hansısa anlaşılmaz ağsaqqallar şurası fəaliyyət göstərir. Axı biz orta əsrlərdə yaşamırıq...

Burda təhsil sistemi yoxdur, uşaqlar orta məktəbdən yayındırılır, ifrat radikal dini təlim həyata keçirilir. Qəsəbənin küçələrini Azərbaycan reallığına yad olan dini bayraqlar, şüarlar bəzəyir. Küçələrə baxanda bəzi teokratik ölkələr yada düşür. Sanki İŞİD-in poliqonunu xatırladır.

Qeyd edək ki, noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs olunan Cabbar Cabbarov və polislə atışmada öldürülən Əkbər Babayevin Taleh Bağırzadənin rəhbərlik etdiyi "Müsəlman Birliyi Hərəkatı" təşkilatı üzvlərinin bədənlərinin müxtəlif nahiyələrində xüsusi kriminal rəmzlərin olması müəyyən olunub. Onların özəlliklə də sinələrindəki canavar şəkili və faşist svastikası bu təşkilatın öz məqsədləri üçün bütün vasitələrdən, hətta ən dəhşətli və axrıncı da olsa istifadə etməkləri onlar üçün məqbul hesab edilib. Azərbaycanda və bütün dünyada yəhudilərə qarşı mübarizə aparılması, onların məhv edilməsi missiyası "Müsəlman Birliyi Hərəkatı"-nın başlıca məqsədlərindən biri hesab olunub.

"Müsəlman Birliyi Hərəkatı" bəzi xarici dini mərkəzlərlə sıx əlaqədə olub, xaricdəki terrorçu qruplarla təmas qurulması istiqamətində əməli tədbirlər həyata keçirməyə çalışıb. Hərəkatın məqsədləri, fəaliyyəti onun radikal ekstremist və terrorçu təşkilat olduğunu göstərir. "Müsəlman Birliyi Hərəkatı" əslində İŞİD-in başqa bir formasıdır. Onlar Nardarandan başlayaraq Bakı kəndlərində, paytaxtda, sonra isə ölkənin digər ərazilərində öz idarəçiliyini qurmağı, Azərbaycanda hakimiyyət çevrilişi həyata keçirmək və ölkədə şəriət qanunlarının tətbiq etmək niyyəti güdüblər.

Bu arada başqa bir fakt da "Milli Şura" ilə bağlıdır. Bu qurum və onun başında duran anti-milli ünsürlər, onların nəzarətində olan media vasitələri "Müsəlman Birliyi Hərəkatı" adlanan terrorçu təşkilatı müdafiə edərək, bu təşkilatın üzvləri tərəfindən iki polisin qətlə yetirilməsinə bəraət qazandırmağa çalışıblar. Nardaranda terrorçuların fəaliyyəti nəticəsində yaranan vəziyyəti guya əhali ilə hakimiyyətin qarşıdurması kimi qələmə verən "Milli Şura" bundan öz anti-milli fəaliyyətinə bəraət qazandırmaq üçün istifadə eyməyə, yararlanmağa çalışıb. Bununla da "Milli Şura" Azərbaycanın maraqlarına düşmən münasibətini büruzə verərək terrorçularla həmrəy olduğunu açıq göstərib. Təbii ki, terrorçuya dünyamızda aman yoxdur və onlarla dialoqa girilmir. "Milli Şura" da bununla nəinki ən ciddi qınaq obyektinə çevrilməli, üstəlik onun terrora dəstək verən başçıları da məsuliyyətə cəlb olunmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə