FAİREX Əshabı-Kəhf dağına yürüş təşkil edib FOTOLAR

Naxçıvan Muxtar Respublikasında yaşayan gənclər və idman həvəskarları üçün təlim kursları keçirilib
FAİREX Əshabı-Kəhf dağına yürüş təşkil edib FOTOLAR

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası və Federasiyanın (FAİREX) tam hüquqlu üzvü olan Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə 24-26 noyabr 2015-ci il tarixlərində Naxçıvanda yaşayan gənclər və idman həvəskarları üçün təlim kursları təşkil edilib. SİA-ya Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, təlimlərdə əsas məqsəd FAİREX-in təcrübəsini Naxşıvanda fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyası ətrafında toplaşan ekstremallarla paylaşmaq, MR-da ekstremal idman növlərinin inkişafı üçün potensialları üzə çıxarmaq, dağçılıq, hava və digər ekstremal idman növlərinə marağın artırılması olub.

Təlimləri təşkil etmək üçün Naxçıvana ezam olunmuş FAİREX-in Türkiyədə təlim-tədris kursları keçmiş gənc təlimatçıları, Naxçıvan Dövlət Universitetinin və digər təhsil müəssisələrinin tələbələrindən ibarət auditoriyalarda FAİREX-in tarixi və fəaliyyətlərindən, gənclərə yaratdığı imkanlardan, həmçinin havaçılıq, dağçılıq və dırmanma idman növləri haqqında maraqlı təqdimatlar keçirilib. Təlimlərin sonuncu günü Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Əshabı-Kəhf dağına yürüş təşkil olunub, burada iştirakçılara çoxsaylı praktik bilgilərlə yanaşı düşərgə yerinin seçilməsi, çadırların qurulması, dağçılıq ləvazimatlarından düzgün istifadə və digər zəruri məlumatlar verilib.

FAİREX tərəfindən gələcəkdə də, Naxçıvanla yanaşı Respublikamızın digər bölgələrində oxşar tədbirlər vasitəsilə gənclərin hava və dağçılıq idman növlərinə cəlb edilməsi ilə bağlı kütləvi tədbirlərin təşkili davam etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə