V çağrış Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyindəki son məsələnin müzakirəsindən sonra parlamentin Toponimya komisisyasının tərkibi müəyyənləşib. SİA-nın məlumatına görə, AMEA-nın Coğrafiya İnstitunun Xəritəçəkmə və coğrafi adlar şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova, deputalar Nizami Cəfərov, İsa Həbibbəyli, deputat, AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rəfael Hüseynov, deputat Fəzail İbrahimli, Musa Qasımlı, Yaqub Mahmudov, Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev, AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri, filiologiya elmləri doktoru, professor Qara Məşədiyev, AMEA-nın vitse-prezidenti, Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı komissiyaya üzv seçiliblər.
Komissiyanın işinin təşkili Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB