Elmir Vəlizadə: "Ölkəmizin internet bazası tələbatdan yüksəkdir" AÇIQLAMA
Bu gün 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə konfransda çıxış edən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə bildirib ki, ölkəmizin internet ehtiyatı mövcud tələbatdan da yüksəkdir: "Azərbaycan internetin sürət və həcminə, istifadəçilərə düşən internet həcmi baxımından Cənubi Qafqazda liderdir. Sürət istifadə olunan texnologiyalardan asılıdır. Baş vermiş sonuncu hadisələrdən sonra biz internetin daha keyfiyyətli olması üzərində çalışırıq".
Nazir müavininin sözlərinə görə, 2000-ci ildən Azərbaycan dili Microsoft şirkəti tərəfindən regional dil kimi istifadə olunur: "Noyabrın 20-dən "Yüksək rabitə aylığı" proqramı keçirilir. Bu proqram çərçivəsində yeni istifadəçilərə güzəştlər nəzərdə tutulub".
Nazirlikdə yeni təyinatdan sonra bəzi islahatların planlaşdırıldığını deyən Elmir Vəlizadə qeyd edib ki, istənilən halda bu, ölkədə rabitə sahəsində işlərin daha da təkmilləşdirilməsinə təkan verəcək: "Azərbaycan peykinin orbitə çıxarılması ilə bağlı tenderin qalibi ArianSpace şirkəti olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB