Gənclər üçün Təhsil Mərkəzi və Şirvan şəhər Uşaq Musiqi Məktəbinin birgə tərəfdaşlığı ilə Vasif Adıgözəlovun 80 illik yubileyi ilə əlaqədar Şirvan şəhərində "Vasif Adıgözəlovun yaradıcılıq gecəsi " adlı tədbir keçirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, tədbirin keçirilməsinin əsas məqsədi, gənclər arasında Vasif Adıgözəlov yaradıcılığının təbliği, onların milli-mənəvi dəyərlərimiz, milli-mədəni sərvətimiz və musiqi tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Şirvan şəhər uşaq musiqi məktəbində baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Aran regional ofisinin rəhbəri Yusif Poladov 11 fevral 2015-ci il tarixində cənab Prezident İlham Əliyevin "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" imzaladığı sərəncamı gənclərin diqqətinə çatdıraraq bildirdi ki, Vasif Adıgözəlov Azərbaycan musiqi mədəniyyətimizin tarixində heç kəsə bənzəməyən, öz fərdi üslubu ilə seçilən, şərq və qərb musiqisinin imkanlarıdan, janr və formalarından bacarıqla istifadə edən görkəmli sənətkarımız olub və musiqilərində hər zaman Azərbaycan xalqının milli qüruru öz əksini tapib.
Çıxış edən Şirvan şəhər Uşaq musiqi məktəbinin direktoru Mübariz Dadaşov və Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov Vasif Adıgözəlovun yaradıcılıq gecəsinə həsr olunan tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edərək, V.Adıgözəlovun milli musiqi mədəniyyətinin inkişafı və təbliği işinə dəyərli töhfələr verdiyini qeyd ediblər.
Daha sonra gənclər tərəfindən Vasif Adıgözəlovun əsərləri ifa edilən tədbirin sonunda uğurlu musiqi nömrəsi ilə çıxış edən şəxslər Fəxri Fərmanla təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB