Xəbər verdiyimiz kimi, bu gün V çağırış Milli Məclisin ikinci plenar iclası keçirilir. SİA-nın məlumatına görə, iclası açan parlamentin sədri Oqtay Əsədov şəffaf və uğurlu seçkilərin təşkil olunmasına görə Mərkəzi Seçki Komissiyasına minnətdarlığını bildirib. O qeyd edib ki, ölkəmizdə V çağırış Milli Məclis demokratik seçkilərlə formalaşıb.
O. Əsədov seçkilərdə qalib gəlmiş deputatlara mandat vəsiqələrinin verilməsi üçün MSK-nin sədri Məzahir Pənahova söz verib. MSK sədri seçki prosesinin demokratik və şəffaf şəkildə keçirildiyini vurğulayıb. O, seçilmiş bütün millət vəkillərini təbrik edib və uğurlar arzulayıb.
Daha sonra deputatlar kürsüyə dəvət olunaraq, onlara mandat vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB