Azərbaycan multikulturalizmi fənninin monitorinqi keçirilib Kayseridə
Beynəxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetlərdə fənn tədris edilir. Mərkəzdən SİA-ya verilən məlumata görə, Azərbaycan multikulturalizmi fənninin davamlılığını təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestrin sonunda mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
Fənnin xarici ölkə universitetlərində ilk monitorinqi Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəz universitetində aparılıb. Ərciyəz universitetində monitorinqi professor Möhsün Nağısoylu həyata keçirib.
Monitorinq zamanı dərsin gedişatı ilə tanış olan professsor Möhsün Nağısoylu eyni zamanda "Azərbaycan ədəbiyyatında multikulturalizm" mövzusunda mühazirə oxuyub. Möhsün Nağısoylu Türkiyə və Azərbaycanın qardaş ölkə olduğunu, buna görə də Azərbaycanda olduğu kimi Türkiyə də tolerantlıq ənənələrin, multikultural dəyərlərin xüsusi önəm daşıdığını vurğulayıb.
Tələbələr fənnin materiallarının onların gələcək fəaliyyəti üçün lazım olacaqlarını bildirib və Azərbaycan multikulturalizmi fənninin onlar üçün maraq doğurduğunu söyləyiblər.
Azərbaycan multikulturalizmi fənni Ərciyəz universitetinin Ədəbiyyat və Sosial bilimlər fakültələrində oxuyan magistr səviyyəli tələbələrə cari dərs ilinin ilk semestrindən tarix üzrə fəlsəfə doktoru, dosent Qafar Mehdiyev tərəfindən tədris edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB