Sabah Qazaxın Xanlıqlar kəndinə verilən qazda məhdudiyyətlər olacaq. SİA-nın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, dekabrın 1-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin "Xanlıqlar" qazpaylama stansiyasında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.Təmir işləri aparılan müddətdə Qazax rayonunun Xanlıqlar kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB