Fəlsəfə fənni üzrə doktoranturaya qəbul nəticələri açıqlanıb

Fəlsəfə fənni üzrə doktoranturaya qəbul nəticələri açıqlanıb

Fəlsəfə fənnindən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanının nəticələri açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) SİA-ya verilən xəbərə görə, AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanları Akademiya üzrə mərkəzləşdirilmiş qaydada test texnologiyaları əsasında keçirilib.

Qeyd edək ki, imtahanda 82-si Azərbaycan, 8-i isə rus bölməsi olmaqla 90 nəfər iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə