Nadir Əzməmmədov: "Sumqayıt sərnişin stansiyasının yeni binasının özülü qoyulub" FOTO - AÇIQLAMA
Azərbaycan polad magistralı özünün yeni inkişaf mərhələsindədir. Dəmir yolunda infrastrukturun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər olunub. Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun müasirləşdirilməsi də görülən işlər sırasındadır.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov SİA-ya bildirib ki, 2015-ci ilin sentyabr ayında Sumqayıt sərnişin stansiyasının sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli binası yararsız halda olduğu üçün sökülüb, yerində yeni inzibati binanın tikintisinə başlanılıb: "Artıq binanın özülü qoyulub. Yeni inzibati bina ikimərtəbəli, müasir üslubda olacaq. Burada çalışan dəmiryolçular üçün hər cür şərait yaradılacaq. İlkin olaraq, hərəkətin ahəngdarlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə işarəvermə və rabitə avadanlıqları binası inşa olunub. Hazırda bu otaqlarda tamamlama işləri aparılır".
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB