Zakir Qaralov qəbul keçirəcək

Azərbaycanın baş prokuroru Zakir Qaralov Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən sakinlərini qəbul edəcək. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş dekabrın 4-də saat 11.00-da Xaçmaz rayon prokurorluğunun inzibati binasında baş tutacaq. Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xaçmaz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə