Türkmənistanın Marı şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısı başa çatıb. Toplantıda Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
SİA-nın məlumatına görə, nazirlikdən bildirilib ki, toplantıya konsert proqramı ilə yekun vurulub. Türk incəsənət ustalarının ifalarının dinlənildiyi konsertdə iştirak edən Azərbaycan muğam üçlüyünün çıxışı böyük maraqla qarşılanıb. Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.
Tədbirin sonunda Şəki şəhərinin 2016-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunmasını bildirən rəmzi nişan nümayəndə heyətinin rəhbəri Vaqif Əliyevə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB