Kommunal xidmətlərə borcu olan istifadəçilərin Nəzərinə

Kommunal xidmətlərə borcu olan istifadəçilərin Nəzərinə

Qış mövsümü ilə əlaqədar abonentlərin kommunal xidmətlərə olan borclarının ödənilməsi daha məqsədə uyğundur. Bu barədə SİA-ya danışan "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev, "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı və "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev abonentlərə borclarını ödəməli olduqlarını bildiriblər.

İbrahim Kərbəlayev bildirib ki, debitor borcları olan şəxslərin müqavilənin şərtlərinə uyğun olaraq həmin mənzilə təbii qazın verilişi dayandırılır. Onun sözlərinə görə, abonent bu barədə əvvəlcədən xəbərdar olunur: "Vətəndaşlar qarşıdan gələn şaxtalı günləri nəzərə almalıdır və qış aylarında enerjinin fasiləsiz verilməsi üçün borcları ödəməlidir".

Anar Cəbrayıllı vurğulayıb ki, 2011-ci ildə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranan 294 milyon manat borcu silinib, hazırda isə smart karta qoşulan abunəçilərin borcu hissə-hissə tutulur: "Borcu çox olan abunəçilərin suyu borclar ödənilmədiyi təqdirdə dayandırılır. Buna görə də, abunəçilərimizdən borclarını ödəmələrini tələb edirik".

Tanrıverdi Mustafayev isə qeyd edib ki, işıqdan istifadə edən abonentlərin elə də çox borcu yoxdur və vurğulayıb ki, hər bir abonent öz üstünə düşən enerji haqqını ödəməlidir: "İstifadə etdiyi enerjiyə görə borcu olan istehlakçılarımız var. Biz onları müvafiq borc haqqında xəbərdar etmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə