"Biz uşaqların sonrakı taleyinə də nəzarət edirik" AÇIQLAMA

"Biz uşaqların sonrakı taleyinə də nəzarət edirik" AÇIQLAMA

Xarici vətəndaşlara övladlığa verilən uşaqların sonrakı həyatına dövlət tərəfindən nəzarət olunur. Bu barədə SİA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin müdir müavini Vəsilə Mövsümova məlumat verib.

O bildirib ki, övladlığa götürmə prosesi ilə bağlı məhkəmə tərəfindən yekun qərar qəbul edilir və komitə tərəfindən təqdim olunan rəydə qanunvericiliyə əsasən 3 il ərzində ailənin üzərinə övladlığa götürülmüş uşaqlar haqda hər 6 aydan bir ildə iki dəfə olmaqla ümumi məlumatlar verilməsi öhdəliyini qoyulur: "Əgər uşaq təhsil alırsa onun təhsili, ətraf mühitə uyğunlaşması, sağlamlığı, ailə üzvləri ilə davranışı, sosial-ictimai aktivliyi, ən azı 15 dəqiqəlik video və fotoşəkillərdən ibarət hesabat tərtib olunması tələb olunur. Daha sonra müvafiq dövlətin mərkəzi orqanının razılığı və təsdiqi, eyni zamanda Azərbaycan dilində tərcümə təsdiq komitəyə təqdim edilir. Bunun vasitəsilə biz xarici vətəndaşlara övladlığa verilən uşaqların sonrakı həyatına nəzarət edə bilirik".

Bütün xəbərlər Facebook səhifəmizdə