Vergi borcları ödənilmədikdə məhkəmə qərarı əsasında sahibkarın əmlakı hərracda satıla bilər. Bu barədə SİA-ya Vergilər Nazirliyinin qaynar xətt üzrə müfəttiş operatoru Nəsimi Yusifov məlumat verib.
O bildirib ki, Vergi Məcəlləsinin 65.1 maddəsinə görə vergi ödəyiciləri vergi borclarını qeyd olunmuş müddətdə ödəmədikdə vergi ödəyicisi bu məcəlləyə müvafiq olaraq hesablanmış vergi faizinin maliyyə sanksiyalarının 5 gün müddətinə ödənilməsinə dair bildiriş alır. Əgər bu bildiriş göstərilən müddətdə icra olunmursa və həmin məbləğ ödənilmirsə bu halda vergi orqanlarının 65.2 maddəsinə əsasən vergi ödəyicisinin bank hesablarına sərəncam göndərmə hüququ var: "Bank hesablarında vəsait olduqda həmin məbləğlər dövlət büdcəsindən silinir. Əgər müvafiq bank hesabında vəsait kifayət etməsə digər bank hesablarında silinmə həyata keçirilir. Vergi orqanı ödəyicilərin aktivləri barədə də məlumat ala bilər. Bu vəsait ödənilmədikdə isə məhkəmə qaydası əsasında əmlakın siyahıya alınması həyata keçirilir və hərracda satılaraq bu ödəmə təmin olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB