Vətəndaşlara şad xəbər! Qazanxanalara qazın verilişi bərpa olunur

Vətəndaşlara şad xəbər! Qazanxanalara qazın verilişi bərpa olunur

Azərbaycan Respublikası Hökumətinin müvafiq göstərişinə əsasən SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi və "Azəristiliktəchizat" ASC arasında yaranmış borc məsələsi həllini tapıb. Bu barədə SİA-ya Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumatda bildirilir ki, bununla əlaqədar "Azəriqaz" İB tərəfindən bu günün sonuna qədər "Azəristiliktəchizat" ASC-nin bütün qazanxanalarına qazın buraxılışı haqqında tapşırıq verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə