Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, 43 saylı Məktəb-Lisey kompleksi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatı dəstəyi ilə "İstedadların İnklüziyası" adlı layihənin açılış mərasimi baş tutub. Təşkilatdan SİA-ya verilən xəbərə görə, açılışda layihənin rəhbəri Nurxan Babayevin qeyd etdiyinə görə, layihənin keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istedadlarının sərgilənməsi, nümayiş olunması, həmçinin inklüziv təhsilə cəlb olunmuş şagirdlərin, bu sərgidə iştirak etməklə onların cəmiyyətimizə inteqrasiyasının təmin olunması. Layihədə Azərbaycan Tələbə Gənclər Təşkialtları İttifaqının içraçı direktoru Şəmsi Gülverdiyev, çıxış edərək, bildirib ki, gələcəyin tələbələri olan şagirdlərin inkişafı üçün İttifaq tərəfindən hər zaman hərtərəfli dəstək göstərilib. İttifaqın nümayəndəsi, həmçinin qeyd edib ki, layihədə inklüziv şagirdlərin özlərinə gələcəkdə mövqe tutması baxımından çox vacibdir.
Sərgi dekabr ayında, 43 saylı Məktəb-Lisey Kompleksində keçirilməsi nəzərdə tutulub, burada şagirdlər bir çox fənlər üzrə biliklərini sərgiləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB