Gənclər üçün Təhsil Mərkəzi Türkiyənin nüfuzlu qeyri-hökumət təşkilatı olan "Toplum Gönüllüləri Vakfı" (TOG) ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirir. Mərkəzdən SİA-ya verilən xəbərə görə, bu məqsədlə Türkiyədə səfərdə olan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə TOG-un baş katibi Evren Ergeç və beynəlxalq əlaqələr departamentinin rəhbəri Emrah Gürsəllə görüşüb.
Tərəflər bir neçə il bundan öncə əsası qoyulmuş əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Görüş zamanı Azərbaycanda təhsil alan və işləyən türk gənclər, habelə Türkiyədəki azərbaycanlı gənclərlə bağlı müştərək layihələr üzərində işə başlanılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, TOG 2002-ci ildə yaradılmış və hazırda Türkiyədə 71 mərkəzi fəaliyyət görtərir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB