Kaspi qalibləri mükafatlandırıb FOTOLAR-YENİLƏNİB - VİDEO

Kaspi qalibləri mükafatlandırıb FOTOLAR-YENİLƏNİB - VİDEO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Hüseyn Cavid. Vətənə qayıdış" yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilir. SİA xəbər verir ki, Mətbuat Şurasının rəhbərliyinin, KİV nümayəndələrinin ştirak etdikləri tədbirdə bu il təsis edilən "Kaspi" mükafatının, "Hüseyn Cavid. Vətənə qayıdış" fotoalbomunun və kitabının təqdimatı da keçiriləcək. "Kaspi" Təhsil Şirkətinin və "Kaspi" qəzetinin birgə layihəsi olan "Hüseyn Cavid. Vətənə qayıdış" yazı müsabiqəsi 2014-cü ilin yay aylarından etibarən elan edilib. Müsabiqə müddətində 100-ə yaxın yazı qəbul edilib ki, onlardan 31-i münsiflər tərəfindən sözügedən kitaba daxil edilərək qaliblər müəyyən olunub.

Tədbiri açıq elan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatının ən böyük şəxsiyyətlərindən biri olub: "O, romantizmin banilərindəndir. Onun əsərləri hər zaman oxucular tərəfindən böyük sevgi ilə oxunub".

Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən video-çarxın nümayişindən sonra çıxış edən "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev müsabiqə barədə ətraflı məlumat verib. İ. Quliyev bidlirib ki, "Kaspi" qəzeti Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və ədəbiyyatının keşiyində duran, müstəsna xidmətləri ilə yaddaqalan seçkin simaları, dəyərli ziyalıları qiymətləndirmək məqsədi ilə "Kaspi" mükafatı təsis edib. Baş redaktor qeyd edib ki, bu ildən etibarən xüsusi xidmətlərinə görə hər il bir nəfərə bu mükafat veriləcək".

BDU-nun professoru Cahangir Məmmədli çıxışında ədəbiyyat tədrisinin jurnalistlərə daha çox öyrədilməsinin lazım olduğunu xatırladıb: "Çünki onlar da ədəbi şəxsiyyətlərin yaradıcılığı daha yaxından maraqlanmalı və onları mənimsəməkdə maraqlı olmalıdırlar".

Azərbaycan Milli Elmlər Akademiyasının v­itse-prezidenti İsa Həbibbəyli deyib ki,­ Hüseyn Cavidin cənazəsinin sovet hakimiy­yəti dövründə Azərbaycana gətirilməsində mə­hz Ulu Öndər Heydər Əliyevin xidmətləri misilisiz olub. İ.Həbibbəyli qey­d edib ki, "Kaspi" mərkəzinin elan etdiy­i müsabiqə və albomu H.Cavid epopeyasını ­Azərbaycana təqdim edən faydalı, cəmiyyə­tə qiymətli mesajlar verən əsərlər sayma­q olar: "Görülən bu işlər ­cavidşünaslıq elminə yeni qayıdışın baş ­verməsinə təkan verəcək".

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli əlavə edib ki, "Kaspi" qəzetinin dəfələrlə ədəbi şəxsiyyətlərlə bağlı bir neçə uğurlu layihələri icra olunub: "Hüseyn Cavidlə bağlı belə müsabiqənin keçirilməsi də ona verilən xüsusi qiymətdir".

Çıxış edənlər ədəbi şəxsiyyətlərlə bağlı yazı müsabiqələrinin keçilməsini müsbət qiymətləndiriblər.

Qeyd edək ki, nəşrin layihə rəhbəri, redaktoru və tərtibatçısı Sona Vəliyevadır. Müsabiqədə I yerə Ziyadxan Əliyev ("Hüseyn Cavid romantizmi rənglərin işığında"), II yerə Elnarə Akimova (Cavid yaradıcılığı: zamana baxış kontekstində), III yerə isə Gülnarə Səma ("Cavidanə uçurum") layiq görülüb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə