Nəcəf Novruzov: “Heç bir xarici qüvvə ölkə sabitliyinə zərbə vura bilməz” MÜNASİBƏT
"Dünən Nardaranda baş vermiş hadisəni qınayıram. Gənclərimizin də qatıldığı bir qrup aldadılmış şəxslərin tez bir zamanda öz səhvlərini başa düşərək qanun qarşısında günahlarını etiraf edəcəyinə ümid edirəm". Bu fikirləri SİA-ya Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Nardaranda baş vermiş qanlı hadisəyə münasibət bildirərkən deyib.
Nəcəf Novruzov bildirib ki, baş verən hadisəni dinlə bağlamağa cəhd etmək istəyənlər var: "Əslində isə bu, xaricdən siyasi məqsədlərlə qurulan, cəmiyyətdə nifaq salmağa, zorla hakimiyyəti dəyişdirməyə, "dini dövlət" yaratmağa yönələn anti-azərbaycançı qüvvələrin növbəti uğursuz gedişidir. Onlar bilməlidirlər ki, heç bir xarici qüvvə ölkəmizin sabitliyinə, iqtisadi inkişafına zərbə vura bilməz".
İnsan ölümlərinə səbəb olmuş bu insidentin günahkarlarının tezliklə layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edən Nəcəf Novruzov qeyd edib ki, Azərbaycan gəncliyi belə iğtişaşçı xarici dini missionerlərə qətiyyətlə qarşı çıxır: "Gənclərimiz belə oyunlara heç zaman iştirakçı olmayacaq və dövlətçiliyimizə yönələn bu cür təxribatlara qarşı ölkə rəhbərliyi ilə sarsılmaz birliyini davam etdirəcəkdir".
Sonda dövlətimizə qarşı yönəlmiş Nardaran hadisəsində qəhrəmancasına həlak olan polis əməkdaşlarının ailələrinə başsağlığı verən idarə rəisi xüsusilə vurğulayıb ki, bizim qüdrətli dövlətimiz, güclü Prezidentimiz və dövlətimizə sadiq gənclərimiz vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB