Çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 130-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Noyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 155 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 170 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 86 m3/s olmaqla, ongünlük normanın 106 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 64 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Noyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 12, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 sm (2014-cü il noyabrın 27-də 374 sm), Şirvanda 243 sm (2014-cü il noyabrın 27-də 207 sm), Salyanda 247 sm (2014-cü il noyabrın 27-də 177 sm), Bankədə 183 sm (2014-cü il noyabrın 27-də 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 110 sm (2014-cü il noyabrın 27-də 96 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə