Bu gün Azərbaycan Gənc Diplomatlar Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Multikulturalizmin inkişafında gənclərin rolunun artırılması"ilə bağlı layihəsi çərçivəsində beynəlxalq konfransı baş tutub. SİA-nın məlumatına görə, tədbirdə dövlətin gənclər sektoru sahəsi üzrə rəhbər şəxsləri, millət vəkilləri, yerli və xarici gənc nümayəndələr iştirak edib.
Konfransın moderatoru, Azərbaycan Gənc Diplomatlar Birliyinin Baş Katibi Eltun İbrahimov layihənin əhəmiyyəti barədə iştirakçılara məlumat vermişdir: " Layihəmizin məqsədi beynəlxalq arenadakı gənc liderləri bir araya toplamaq və onlar arasında yeni üfüqlər yaratmaqdır. Multikulturalizm dünya əhəmiyyətli məsələdir. Konfransımızda 8 ölkədən təşrif buyurmuş gənc diplomatlar da iştirak edir. Eyni zamanda, burada gənclər sektorundan olan yüksək vəzifəli şəxslərin, millət vəkillərinin də iştirakı dövlətimizin layihəmizə olan xüsusi diqqətinin göstəricisidir".
Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir: "Bu cür layihələrin baş tutması onu sübut edir ki, dövlətimiz gənclər tərəfindən gələn təşəbbüsləri qiymətləndirir və ona lazımi maliyyə dəstəyini göstərir".
Çıxış edən millət vəkili Elman Nəsirov qeyd edib ki, Azərbaycanda multikultural ənənələr bu günün deyil, keçmişin zərurətidir: "Azərbaycan əsl multikultural ölkədir. Ölkəmizdə dini tolerantlıq yüksək səviyyədədir və Azərbaycan müxtəlif dinlərin barış məkanıdır. Cənab Prezidentimizin də dediyi kimi, multikulturalizm Azərbaycanda həyat tərzidir".
Konfransda çıxış edən millət vəkili Çingiz Qənizadə vurğulayıb ki, ölkəmizdə yüksək tolerantlıq mühiti mövcuddur: "Belə layihələrin keçirilməsi gənclərimiz üçün tərbiyəvi əhəmiyyətə malikdir".
Söz alan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, günümüzdə Azərbaycan gəncliyi dövlət həyatının istənilən sahəsində aktiv şəkildə iştirak edir: "Azərbaycan dövləti gənclərə xüsusi diqqət yetirir. Bugünki tədbir isə düşünürəm ki, xarici qonaqlara Azərbaycan reallıqlarını göstərmək kimi xüsusi məqsəd daşıyır".
Çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov deyib ki, biz gənclər tərəfindən irəli sürülən, dövlət siyasətinin əsasını təşkil edən istiqamətlərlə bağlı belə layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəyik.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Hikmət Babayev təmsil etdiyi mərkəzin həyata keçirdiyi layihələr barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, onlar həm ölkə daxilində, həm də bir neçə xarici ölkədə "Azərbaycan multikulturalizmi" fənnini tədris edirlər.
Sonda yerli və xarici ölkədən gəlmiş gənclər çıxış edərək, qarşılıqı fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB