Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Hüseyn Cavid. Vətənə qayıdış" yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilir. SİA xəbər verir ki, Mətbuat Şurasının rəhbərliyinin, KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə bu il təsis edilən "Kaspi" mükafatının, "Hüseyn Cavid. Vətənə qayıdış" fotoalbomunun və kitabının təqdimatı da keçiriləcək. "Kaspi "Təhsil Şirkətinin və "Kaspi" qəzetinin birgə layihəsi olan "Hüseyn Cavid. Vətənə qayıdış" yazı müsabiqəsi 2014-cü ilin yay aylarından etibarən elan edilib. Müsabiqə müddətində 100-ə yaxın yazı qəbul edilib. Onlardan 31-i münsiflər tərəfindən sözügedən kitaba daxil edilib, qaliblər müəyyən olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB