"Ermənilərin Dağlıq Qarabağda törətdikləri həm də İslam mədəniyyətinə qarşı terrordur". Prezident İlham Əliyev İSESKO Baş konfransının 12-ci sessiyasının açılış mərasimində belə deyib.
Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı ISESCO-nun baş konfransının xıı sessiyası keçirilir. Açılış mərasimində prezident İlham Əliyev və xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək səviyyəli nümayəndələri, mədəniyyət və təhsil nazirləri, diplomatlar iştirak ediblər.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev ISESCO-nun dünya miqyasında önəmli beynəlxalq təşkilata çevrildiyini, İslam aləmində elm, təhsil və mədəniyyət sahələrinin inkişafında böyük uğurlara nail olduğunu bildirdi. Ölkəmizin ISESCO-nun fəal üzvlərindən birinə çevrildiyini deyən Prezident İlham Əliyev qeyd ediB ki, təşkilat üzv dövlətlərin beynəlxalq müstəvidə bir birinə dəstək verməsi böyük əhəmiyyət daşıyır. dağlıq qarabağ münaqişəsi konteksində azərbaycan bu dəstəyi hiss edir. ISESCO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin haqlı mövqeyini daim dəstəkləyir. işğalın fəsadlarından danışan dövlət başçısı əlavə edib ki, ATəT-in işğal olunmuş ərazilərə göndərdiyi missiyaları orada hər şeyin, həmçinin 10 məscidin dağıdıldığını müəyyən ediblər. "Bu vəhşilikdir, bu, İslam mədəniyyətinə qarşı terrordur", - deyən Azərbaycan Prezidenti son illərdə bəzi Qərb dairələrində İslamın terrorla əlaqələndirilməsinin düzgün olmadığını, İslamın sülh dini olduğunu bəyan etdi.
Konfransda prezident İlham Əliyev onun sərəncamı ilə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin "Dostluq" ordeni ilə təltif olunduğunu bildirdi və yüksək dövlət mükafatını ona təqdim edib. Daha sonra ISESCO-nun 2015-ci il üzrə "Savadlılıq" mükafatına Nigeriyanın nümayəndəsinə layiq görüldü. Sonda prezident İlham əliyev və xanımı Mehriban əliyeva Baş Konfransın nümayəndələri ilə xatirə şəkli çəkdirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB