Azərbaycanla Gürcüstan arasında Kür çayından istifadəsi ilə bağlı müqavilə imzalanacaq. Bu məlumatı "Azərsu" ASC-nin "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov verib.
O bildirib ki, transsərhəd su axınları və beynəlxalq göllərin istifadəsi və mühafizəsi məsələlərini özündə əks etdirən Helsinki konvensiyası var. Region ölkələrindən yalnız Azərbaycan bu konvensiyanı qəbul və ratifikasiya edib.
A.Ələkbərovun sözlərinə görə Gürcüstan son zamanlar Kür çayından keyfiyyətli istifadə ilə bağlı addımlar atmağa başlayıb: "Gözlənilir ki, Gürcüstan tərəfi Helsinki konvensiyasını qəbul edəcək. Bununla yanaşı Azərbaycanla Gürcüstan arasında Kür çayından istifadə ilə əlaqədar ikitərəfli müqavilə demək olar ki, hazırdır və yaxın zamanlarda imzalanacaq", – deyə A.Ələkbərov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB