“Kitabi-Dədə Qorqud” xalqımızın mənəvi sərvəti

“Kitabi-Dədə Qorqud” xalqımızın mənəvi sərvəti

"Kitabi-Dədə Qorqud" abidəsinin nəşr edilməsi və dünyaya tanıdılması Azərbaycan xalqının həyatında əlamətdar hadisələrdən biridir. "Dədə Qorqud" dastanı ilə bağlı ölkəmizdə indiyədək çoxlu araşdırmalar aparılıb və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2000-ci ildə "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin UNESCO-nun xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi bu abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olub. Bu sözləri noyabrın 26-da Azərbaycan Texniki Universitetində (AzTU) "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsinə və nəşrinin 200 illiyinə həsr edilən tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov söyləyib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor, hüquq elmləri doktoru İsaxan Vəliyev, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov çıxış edərək milli-mənəvi irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında "Dədə Qorqud" dastanının xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Digər çıxış edənlər də bugünkü gəncliyin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsində, yüksək əxlaqi dəyərlərə yiyələnməsində "Dədə Qorqud" dastanının xüsusi əhəmiyyətini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə