Lənkəran bağlarında kinkan yığılır FOTOLAR

Lənkəran bağlarında kinkan yığılır FOTOLAR

Lənkəranın sitrus bağlarında kinkan məhsulunun yığımına başlanıb. SİA-nın Cənub bürosunun məlumatına görə, bu il kinkan bağlarında məhsuldarlıq fermerləri qane edəcək səviyyədədir. Yay aylarında sitrus bitkiləri üçün əlverişli sayılmayan isti və quraq hava hava hökm sürsə də, yaxşı qulluq göstərilən və suvarılan kinkan bağlarında məhsul boldur. Kinkanın digər sitrus bitkilərindən fərqli olaraq yığımı bir-iki ay yox noyabrın sonlarından iyun ayına qədər davam edir. Digər sərfəli xüsusiyyəti isə kinkanın o qədər də yüksək qulluq tələb etməməsi və xəstəliyə davamlı bitki sayılmasıdır. Lakin bu il məhsul bol olduğu üçün qiyməti ötən illərə nisbətən bir qədər aşağıdır. Əsasən ürək-damar, yüksək təzyiq və şəkər xəstələrinə xeyirli olduğu bildirilən kinkan cənub bölgəsində ötən əsrin 60-cı illərindən geniş yayılmağa başlayıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə