Tarixi araşdırmalar göstərir ki, Gəncənin əksər məhəllələrində məscidlərlə yanaşı, qəbirstanlıqlar da mövcud olub. Lakin müəyyən tarixi hadisələr nəticəsində həmin məzarlıqlar məhv edilib. Onlardan günümüzədək gəlib çatanı isə yalnız qədim "Səbzikar" məzarlığıdır. Burada nəinki Gəncənin, bütövlükdə qərb bölgəsinin tarixini bəyan edən xeyli sayda abidələr var. Bu səbəbdən də məzarlığın qorunması tarixi önəm daşıyır. Məzarlığın ərazisi 4 tərəfdən hasarlanaraq, bir növ qoruma altına alınıb. Ümumi uzunluğu 1200 metrdən artıq olan hasar Gəncə memarlıq üslubuna uyğun olaraq qırmızı kərpiçdən inşa edilib. Qəbirstanlığın ərazisində yeni mərasim zalı tikilib. 800 kv metr sahəni əhatə edən mərasim zalında son tamamlama işləri aparılır. Birinci mərtəbənin tutumu 200, ikinci mərtəbənin tutumu isə 300 nəfərlikdir. Tikilidə su və kanalizasiya sisteminin quraşdırılması yekunlaşıb. Binanın qarşısında cənazə namazının qılınması üçün xüsusi meydança da yaradılıb. Bu cür mərasim zallarının gələcəkdə şəhərin bir neçə yerində də inşa edilməsi planlaşdırılır.
Qeyd edək ki, qəbirstanlıq ərazisində həyata keçirilən abadlıq işləri bununla yekunlaşmayacaq. Təbii ki, Gəncənin tarixindən yadigarların qorunması və bərpasında şəhər əhalisi də maraqlı olmalı, bu istiqamətdə çətinlik yaratmaq yerinə köməklik göstərməyə çalışmalıdırlar.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB