Xəzər rayonunda qaz kəsiləcək

Xəzər rayonunda qaz kəsiləcək

Sabah Xəzər rayonunda qazın verilişində məhdudiyyətlə ola bilər. SİA bu barədə Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir. Belə ki, noyabrın 27-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Albalı" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.Təmir işlərinin Bakının Xəzər rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə