Ciddi nöqsanlara yol vermək olmaz Jurnalistlərin Nəzərinə

Ciddi nöqsanlara yol vermək olmaz Jurnalistlərin Nəzərinə

"Ciddi nöqsanlara yol verildiyi halda, bununla bağlı müvafiq orqanlarda məsələ qaldırılacaq". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bəzi KİV-in hökumət üzvləri haqda yaydıqları dezinformasiyalarla bağlı danışarkən deyib.

Onun sözlərinə görə, hazırda Mətbuat Şurası bu məsələni müzakirə edir: "Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məsələ ilə bağlı çıxış etdi. Həmin çıxışda qoyulan məsələlər Mətbuat Şurası tərəfindən müzakirə edildi. Hazırda bununla bağlı araşdırmalar aparılır".

Əflatun Amaşov bildirib ki, bəzi xəbər portallarında çalışan jurnalist nümayəndələr öz səhifələrinə yoxlanmamış materiallar yerləşdirirlər: "Biz bu məsələnin həllini həm media, həm də hüquq müstəvisində araşdırırıq. Lakin məsələni böyük ehtimalla media müstəvisində həll etməyə çalışacağıq. Ciddi qanun pozuntularına yol verən kütləvi informasiya vasitələri ilə bağlı isə müvafiq müstəvidə qərarlar qəbul ediləcək. Əgər daha ciddi nöqsanlara yol verilsə, bununla bağlı müvafiq orqanlarda məsələ qaldırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə