Bayram günü uçuşlara endirim ediləcək? Açıqlama

Bayram günü uçuşlara endirim ediləcək? Açıqlama

31 dekabr 2015-ci il və 1 yanvar 2016-cı il tarixlərinə satılan biletlərə endirim tətbiq edilməyəcək. Bu məlumatı SİA-ya "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski verib.

O bildirib ki, heç bir aviaşirkət xüsusi sıxlıq müşahidə olunan günlərdə uçuşlara endirim etmir: "Bayramın sıx səyahət edilən günlərində xüsusi güzəştlər tətbiq edilmir. Beynəlxalq aləmdə belə bir praktika yoxdur".

Onun sözlərinə görə, aviaşirkətlər yalnız bayramdan əvvəl ya da bayramdan sonra xüsusi endirimlər edə bilərlər.

Qeyd edək ki, xüsusi endirimlər uçuş tarixi 2016-cı il yanvarın 15-dən fevralın 29-dək olan biletlərə tətbiq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə