"Fürsəti gözləmə, onu yarat” FOTOLAR

"Fürsəti gözləmə, onu yarat” FOTOLAR

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) nəzdində Tələbə Problemləri Mərkəzi və "GR8 Club" tələbə gənclər üçün "Fürsəti gözləmə, onu yarat" devizi altında təlimlər keçirir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tələbələrin CV hazırlanması mövzusunda maarifləndirilməsi, onların işə qəbul zamanı bu mövzuda yaşanan problemlərlə üzləşməsinin qarşısını almaq məqsədilə keçirilən təlimlər peşəkar təlimçilər tərəfindən reallaşdırılır.

Layihənin koordinatoru Günay Hüseynlinin sözlərinə görə bir neçə ali və orta ixtisas təhsili müəssisəsində keçirilməsi planlaşdırılan təlimlər artıq Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə