“Gəncsən öz biznesinə başla" FOTOLAR

“Gəncsən öz biznesinə başla" FOTOLAR

Bu gün Azərbaycan Respublikası Prezdenti yanında Gənclər fondunun maliyyə dəstəyi və YAP Gənclər Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilən "Gəncsən öz biznesinə başla" layihəsinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, açılışda layihə rəhbəri Orxan Fəxrəddinov layihə haqqında məlumat verərək ölkəmizdə sahibkarlığın inkişafı üçün böyük imkanların yaranmasından danışdı və bildirdi ki, adından məlum olduğu kimi "Gəncsən öz biznesinə başla" layihəsi gənclərə bir çağrışdır. Bu layihə çərçivəsində gənclərə Biznes Plan, Biznes layihələrin yazılması, FOREX-də strategiyaların qurulması, Marketing araşdırılması, Start-up layihələrin yazılması, Maliyyə Risklərin idarə olunması mövzusunda təlimlər keçiriləcək. Gənclər fondunun nümayəndəsi Vüsalə Niftəliyeva öz çıxışında Gənclər fondunun fəaliyəti haqqında və bu kimi layihələrin uğurlu olduğunu vurğuladı. YAP Gənclər Birliyinin sədr müavini, ofis rəhbəri Əli Pənahov sahibkarlığın inkişafı üçün , İKT, Turizm və Kənd təsərrüfatı ilə bağlı keçirilən layihələrin daha məqsədə uyğun olduğunu bildirdi. Daha sonra İqtisadçı ekspert Nicat Hacızadə bildirdi ki, qeyri neft sektorunun ölkəmizdə daha çox inkişaf edir. Dünyada imkanlı şəxslərin məhz sahibkarlardır və sahibkarlığ prioritet məsələlərdəndir.FOREX Beynəlxalq Banklar arası valyuta bazarı haqqında kitabların müəllifi, İqtisadçı Analitik ekspert Qafar İmanverdiyev bu cür layihələrin keçirilməsi gənclərin bu sahədə inkişafı üçün böyük töhvədir.

Sonda Sosial iqtisadi araşdırmalar üzrə ekspert, Müstəqil Beynəlxalq təqdiqatçı və təlimçi Rəvan Əyyubov tədbir iştirakçılarını salamladı. YAP Gənclər Birliyinə minnətdarlığını bildirdi və bu kimi layihələrin keçirilməsi gənclərin inkişafı üçün məqsədə uyğundur.

Bütün xəbərlər Facebook səhifəmizdə