Prezident onları geri çağırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə səfir və daimi nümayəndənin geri çağrılması ilə bağlı sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, Həsən Sultan oğlu Zeynalov Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən, Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Elxan Cahangir oğlu Qəhrəmanov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Tofiq Nadir oğlu Zülfüqarov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Vəhdət Məmmədağa oğlu Sultan-zadə Azərbaycan Respublikasının Türkmənistanda və eyni zamanda Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Zakir Arif oğlu Həşimov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Rəşad Eynəddin oğlu Məmmədov Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə