Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də ölkəmizdə səfərdə olan Latviya Respublikasının iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozola ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonağı səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, nazirliyin Latviya Respublikasının müvafiq qurumları ilə uğurlu əməkdaşlığından bəhs edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən xanım Dana Reizniece-Ozola Fövqəladə Hallar Nazirliyi ilə ölkəsinin uyğun qurumlarının sıx əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş müzakirə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB