"İrəvan həqiqətləri beynəlxalq müstəvidə" adlı tədbir keçirilib

"İrəvan həqiqətləri beynəlxalq müstəvidə" adlı tədbir keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Milli QHT Forumu və "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin birgə dəstəyi ilə "İrəvan həqiqətləri beynəlxalq müstəvidə" adlı tədbir baş tutub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə bir çox ziyalılar, o cümlədən əslən İrəvandan olanlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Milii QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, İrəvan Göyçə, Zəngəzur Azərbaycanın əzəli və əbədi torpağıdır: "Cənab Prezidentin dediyi kimi, biz tezliklə öz torpaqlarımıza geri dönəcəyik. Ziyalı olaraq bizlər də üzərimizə düşən vəzifələri yaxşı dərk edirik".

"Vətəndaşların Sosial Rifahi Naminə" İB-nin sədri İradə Rzazadə çıxışında qeyd edib ki, bu tədbir çərçivəsində qədim torpağımız İrəvan haqqında insanları daha çox məlumatlandırmaq üçün maarifləndirici bukletlər hazırladıq: "İrəvanlı olaraq mən bundan sonra da çalışacağam ki, belə tədbirləri tez-tez keçirək. Bu işdə kömək edənlərə minnətdaram".

Milli QHT Forumu Elm Mərkəzinin sədri Nüşabə Məmmədova tədbir zamanı çıxışında bildirib ki, biz QHT Forumu Elm Mərkəzi olaraq maarifləndirici tədbirlərə bundan sonra da dəstəyimizi əsirgəməyəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə