Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir. Nazirliyin mətbuat xidmıətindən SİA-ya verilən xəbərə görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini güdən növbəti belə tədbir Bakı şəhərinin Qaradağ RPİ-nin müvafiq qurumunun əməkdaşlarının iştirakı ilə baş tutub.
Rayonun Qızıldaş qəsəbəsində keçirilən səyyar xidmət zamanı ümumilikdə 76 nəfərə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim olunub.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB