Prezident 4 rektoru vəzifəsindən azad etdi SƏRƏNCAMLAR

Prezident 4 rektoru vəzifəsindən azad etdi SƏRƏNCAMLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 ali məktəbin rektorunun vəzifələrindən azad olunması ilə bağlı sərəncam imzalayıb. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Ağacan Qulam oğlu Abiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Səməd İsmayıl oğlu Seyidov Azərbaycan Dillər Universitetinin, Aqiyə Həbib qızı Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun və Əhliman Tapdıq oğlu Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə